Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə məktub yazmaq qaydaları

ÇapE-poçt

NAXÇIVAN MUXTAR RESPUBLİKA AUKSİON MƏRKƏZİNƏ ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:

1.Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinə məktublar daxil olur və“Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa,habelə Azərbaycar Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında,idarə,təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

2.Mətni yazmadan əvvəl nəzərdə tutlmuş formanın düzgün cavablandırılması vacibdir.

3.Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır,bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli,durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

4.Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

5.Müraciət edərkən etika qaydaları gözlənilməlidir.Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

6. Hörmətli internet səhifəsi istifadəçiləri! Böyük informasiya axınının işlənməsi xüsusiyyətlərini nəzərə alaraq, xahiş edirik bəzi məhdudiyyətlərə hörmətlə yanaşasınız:

-Bir mənbədən elektron məlumatın göndərilməsinin vaxtı serverin yüklənməsindən asılı olaraq 1-5 dəqiqə ilə məhdudlaşır.

-Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.

-Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzinin E-mail: ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:

Naxçıvan şəhəri, AZ 7000, Heydər Əliyev prospekti 6, Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi

 

İqtisadi İnkişaf Nazirliyi
Joomla 1.5